Təbriz Həsənov: Yeganə narazılığım 2 qol buraxmağımızdır
28.04.2011 - 10:40
“Qazaxıstanla oyun bizim üçün çox vacib idi və ciddi hazırlaşmışdıq. Qələbə qazanacağımız təqdirdə qrup liderliyinə yüksələcəkdik və çox şadam ki, bu vəzifənin öhdəsindən gəldik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşlılardan ibarət komandasının baş məşqçisi Təbriz Həsənov deyib.
Qazaxıstanda keçirilən “Prezident kuboku” turnirində uğurla çıxış edən yığmamız hər iki oyununda qalib gəlib.
Təşkilatçıları yenməklə, finala vəsiqəni təmin edən Həsənov narazılıqlarını da bildirib: “Sözün açığı, İran yığmasına qarşı oyunumuzdan tam razı qalmamışdım. Amma bu dəfə oyuna demək olar ki, biz nəzarət edirdik. Vurduğumuz qollar da gözəl alındı. Yeganə narazılığım 2:0 öndə olduğumuz halda, 2 qol buraxmağımızdır. Bunun səbəbi isə uşaqlarda arxayınçılıq yaranmasıdır. Bununla belə, toparlana bildik və 3-cü qolu vurduq. Finala çıxdığımız üçün çox sevinirik”.

0
0