Ermənistan yığması millimizə rəqib olmağa çalışır
28.04.2011 - 11:19
Azərbaycan yığması (U-17) Qazaxıstanda tarix yazdı. Apasport.az saytının məlumatına görə, millimiz Astanada 4-cü dəfədir keçirilən “Prezident kuboku” turnirində finala vəsiqəni təmin edən ilk komanda oldu.
Komandamız sabah Özbəkistanla görüşdə uduzsa belə, 1-ci yerdə qalacaq. Bu isə futbolçularımızın aprelin 30-da turnirin qalibi olması uğrunda mübarizə aparacağı deməkdir. Turnirin reqlamentinə görə, sonda final matçı olur və komandamız B qrupunda 1-ci yeri tutanla görüşəcək.
Həmin qrupda isə Ermənistan yer alıb ki, işğalçı ölkənin də finala çıxmaq şansı var. Əslində, həmin qrupda maraqlı vəziyyət yaranıb ki, bu da bütün komandaların eyni xala malik olmasıdır. Ermənilər son turda Türkiyə ilə görüşəcək ki, həlledici oyuna çıxmaq şansı olduğundan “ay-ulduzlular” sonadək mübarizə aparacaqlar. Bu qrupda Gürcüstan topların daha yaxşı fərqinə malik olduğundan, müəyyən üstünlüyə malikdir.
Sabah Ermənistanla Azərbaycan millilərinin oyunları ardıcıl olacaq. Yığmamız Özbəkistan qarşılaşmaya Bakı vaxtilə saat 15:00-da çıxacaq, B qrupunda isə oyunlar bitəcək və finaldakı rəqibimiz bilinəcək. Həlledici görüş isə aprelin 30-da saat 17:00-da başlayacaq.
Qeyd edək ki, finala vəsiqə, ən azı 2-ci yer təmsilçilərimizin bu turnirdə ən böyük uğurudur. Komandalarımız indiyədək adətən yarışın son pillələri uğrunda mübarizə aparıblar.
A qrupu
1. Azərbaycan 2 2 0 0 5-3 6
2. Özbəkistan 2 0 2 0 1-1 2
3. Qazaxıstan 2 0 1 1 3-4 1
4. İran 2 0 1 1 1-2 1
B qrupu
1. Gürcüstan 2 1 0 1 6-5 3
2. Ermənistan 2 1 0 1 5-5 3
3. Türkiyə 2 1 0 1 3-3 3
4. Ukrayna 2 1 0 1 2-3 3

0
0