Uinston Parks Flavinyoya çatdı
28.04.2011 - 11:31
Uinston Parks Flavinyoya çatdı
NBC Bank Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik baş verib. Apasport.az saytının məlumatına görə, buna “Xəzər Lənkəran” klubunun futbolçusu Uinston Parks səbəb olub.

Yarımfinal mərhələsində vurulan yeganə qolun müəllifi olan kosta-rikalı “Bakı”nın qapısına yol tapmaqla, kubokun cari mövsümündə 3-cü qolunu vurub. Oynadığı bütün kubok matçlarında qol vuran Uinston ardıcıl 3 görüşdür meydanı fərqlənmədən tərk etmir. 1/4 final mərhələsinin “Neftçi” ilə hər 2 qarşılaşmasında fərqlənən mərkəzi amerikalı bütün qollarını paytaxt komandalarına vurub.

Bununla, Parks kubokda 3 qol vuran “Neftçi”nin yarımmüdafiəçisi Flavinyoya çatıb. Lakin braziliyalıdan fərqli, kosta-rikalı bütün qollarını oyundan vurub. Cənubi amerikalı isə 1 dəfə penaltidən rəqib qapısına yol tapıb. Amma meydanda daha az olan Flavinyo şərikini əlavə göstəricidə qabaqlayır.

Buna baxmayaraq, kubokda ən azı 1, bəlkə də hələ 2 dəfə meydana çıxacaq Uinston növbəti qolları ilə vahid liderliyi də ələ ala bilər.

yer

futbolçu

Qol (penalti)

Dəqiqə

1

Flavinyo (“Neftçi”)

3 (1)

180

2

Uinston Parks (“XəzərLənkəran”)

3

193

3

Ceyhun Sultanov(“Gəncə”)

2 (1)

95

4

Girts Karlson(“İnter”)

2

173

5

Emin Mehdiyev(“Abşeron”)

2

222

6

RövşənƏmiraslanov (“İnter”)

2

247

7

Eleandro Pema (AZAL)

2

253