Vinfred Şafer paytaxt klubundan təklif alıb
28.04.2011 - 11:45
“Bakı” klubunun sabiq baş məşqçisi Vinfred Şaferə yeni müştəri çıxıb. Apasport.az saytının məlumatına görə, 61 yaşlı mütəxəssis karyerasını CAR-da davam etdirə bilər.
Bu ilin yanvarında “Bakı”dan qovulduqdan sonra işsiz olan Şafer Afrika ölkəsində “Mamelodi Sandaunz”un maraq dairəsinə düşüb. Cari mövsümü boşa verən klub avqustda başlayacaq yeni çempionatda almaniyalını iş başında görmək istəyir. CAR mətbuatı Şaferin bu təklifi qəbul etdiyini və razılığını yazılı şəkildə kluba göndərdiyini yazır.
Qeyd edək ki, “Mamelodi Sandaunz” CAR-ın paytaxtı Pretoriyanı təmsil edir.

0
0