Köhnə tüfəng
28.04.2011 - 11:53
Çinin paytaxtı Pekində stend atıcılığı üzrə keçirilən Dünya Kubokunun mərhələ yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, son turnirlərdə olduğu kimi, Azərbaycan yığması bu dəfə də fiaskoya uğrayıb.
London-2012-yə lisenziya xarakterli yarış snayperimizin silahının xarab olması ilə yadda qalıb. Kişilər arasında trap növündə yarışın startına kimi isə tüfəng düzəlmədiyindən Elçin Babayev Dünya Kubokundan kənarlaşdırılıb. Digər təmsilçimiz Elvin İsmayılov isə 97 idmançı sırasında 92-ci olub.
Qeyd edək ki, Avstraliyanın Sidney şəhərində keçirilən yarışda silahı xarab olan Xanhüseyn Bağırov Pekinə aparılmamışdı.

0
0