“Xəzər Lənkəran” 500 xalı arxada qoydu
28.04.2011 - 12:04
Azərbaycan kubokunun yarımfinalında “Bakı” ilə ilk oyun “Xəzər Lənkəran” üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, qələbə komandanın 7 illik tarixi ərzində qazandığı xalların sayında 500 həddini aşmasına yetib.
Bütün yarışlarda üst-üstə 258 matça çıxan “Xəzər Lənkəran” qələbəyə görə 3 xal prinsipi ilə hesabladıqda, indiyədək 502 xal toplayıb. Bu, “Bakı” ilə görüşə qədər 499-a bərabər idi.
Lənkəran təmsilçisi Azərbaycan çempionatı və kuboku yarışlarında, həmçinin avrokuboklar və “Birlik kuboku”nda keçirdiyi 258 matçda 145 qələbə qazanıb, 67 dəfə heç-heçə etməklə 500 həddini arxada qoyub. 1000 xalı yarılayan “Xəzər Lənkəran” yarandığı 2004-cü ilin yayından 46 dəfə uduzub.
Qeyd edək ki, əlavə vaxt təyin olunduğu oyunların 120 dəqiqəsinin hesabı nəzərə alınsa da. penaltilər seriyası hesablamalara şamil olunmur.
Mənbə: lankaranfc.com

0
0