Qalmaqallı futbolçu Berti Foqtsu xilaskar sayır
28.04.2011 - 12:24
Almaniyanın tanınmış futbolçularından olan Ştefan Effenberq yenidən Berti Foqtsla bir komandada olmaq istəyir. Apasport.az saytının məlumatına görə, 43 yaşlı veteran Mönhenqladbaxtın “Borussiya” klubunda idman direktoru postunu tutmağa iddialıdır.
Effenberq əsas namizəd olduğu həmin vəzifəyə təyinat alacağı halda, Azərbaycan milli komandasını çalışdıran 65 yaşlı həmyerlisinə dəvət göndərmək fikrindədir. O, Foqtsa xilaskar gözü ilə baxır.
Hazırda Bundesliqada qalmaq uğrunda mübarizə aparan “Borussiya” uğursuz dövrünü yaşayır. Komanda sona 3 tur qalmış 29 xalla sondan əvvəlki pillədədir. Komandanı əvvəlki günlərinə qaytarmaq üçün Foqts kimi təcrübəli mütəxəssisə ehtiyac duyulur.
Qeyd edək ki, millimizlə cari seçmə mərhələnin sonuna kimi müqaviləsi olan Foqts əslən Mönhenqladbaxtandır və karyerasını yalnız “Borussiya”da keçirib. Ştefan Foqtsdan fərqli, başqa klublarda oynasa da, karyerasında ən çox oyunu Mönhenqladbaxt təmsilçisinin heyətində olub. Qalmaqalçı futbolçu kimi tanınan Effenberq Foqtsun rəhbərliyi altında Almaniya millisində oynayıb.

0
0