Mirça Rednik üçün pul tapılmadı
28.04.2011 - 12:36
Rumıniyanın “Rapid” klubu yeni baş məşqçi axtarışlarını yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Buxarest təmsilçisi Kristian Petre ilə anlaşıb.
Bununla, rəhbərliyin Mirça Redniki komandanın baş məşqçi postuna gətirmək arzusu gözündə qalıb. Neçə vaxtdır “Xəzər Lənkəran”ın çalışdırıcısını yenidən “Rapid”ə qaytarmaq istəyən rumınlar əlacsızlıqdan Petre ilə danışıqlara gediblər.
Onlar Rednikdən imtinanı yalnız bir səbəblə izah ediblər. Belə ki, buxarestlilər “Xəzər Lənkəran”la müqaviləsi olan Redniki geri qaytarmaq üçün böyük məbləğdə xərcə düşməli imiş. Çünki Rednik indiki klubundan ayrılmaq üçün “Xəzər Lənkəran”a kompensasiya ödəməlidir.
Mütəxəssis də təbii ki, bu pulu cibi deyil, yeni komandası hesabına ödəməyə razı olardı. Bu isə “Rapid” rəhbərliyinə sərf etməyib.

0
0