Emil Mpenza xeyriyyə yürüşündə
28.04.2011 - 12:58
Belçikada revmatizm xəstəliyinə qarşı mübarizə aksiyası keçiriləcək. Apasport.az saytının məlumatına görə, xeyriyyə tədbiri Gent və Oudenaard şəhərləri arasında velosiped yürüşündən ibarət olacaq. Mayın 22-də Gentdə start götürəcək yürüşə qatılmaq haqqı cəmi 5 avrodur. Bunun qarşılığında iştirakçılara pulsuz idman geyimi və sərinləşdirici içki veriləcək.
Təşkilatçılar 10 mindən artıq həvəskarın yürüşdə iştirak edəcəyini düşünür. Ən əsası isə onlar yürüşə ulduzlarla rəng qatmaq istəyir. Tədbirin təşkilatçıları verdikləri açıqlamada artıq bu yöndə addımların atıldığını bildirib: “Futbol üzrə Belçika yığmasının sabiq futbolçularından Vital Borkelmans və Mpenza qardaşları da veloyürüşdə iştirak edəcəklər. Onların hər biri velosipedə sevgisi ilə tanınır və tədbirimizə də qatılacaqlar”.
Belçika yığması ilə DÇ-1994 və DÇ-1998-ə qatılan Borkelmansdan fərqli, Mpenza qardaşları Azərbaycana daha tanışdır. Kiçik qardaş Emil “Neftçi”nin şərəfini qoruyursa, Mbo da Vital kimi karyerasını başa vurub. Lakin Mbo bu yaxınlarda qardaşına baş çəkmək üçün “Neftçi”nin qonağı olmuşdu.
Qeyd edək ki, yürüşə qatılacaq Emil bundan 4 gün əvvəl “Neftçi”nin mövsümdəki son qarşılaşmasında iştirak edə biləcək. Həmin gün bakılılar “Xəzər Lənkəran”la paytaxtdakı duelinə çıxacaq.

0
0