Klublarımızın nəzərinə: 260 avroya görmədiyiniz futbolçu!
28.04.2011 - 13:25
Klublarımızın nəzərinə: 260 avroya görmədiyiniz futbolçu!
Braziliya millisinin sabiq futbolçusu Juninyo Pernambukanunun yeni klubunda alacağı maaşın məbləği məlum olub. Apasport.az saytının məlumatına görə, Fransanın “Lion” klubundakı çıxışları (2001-09-cu illər) ilə tanınan yarımmüdafiəçi ayda cəmi 260 avro qazanacaq.

Braziliyanın “Vasko da Qama” klubuna keçən Juninyo bu məbləğə razılaşmağını doğma kluba xidmət etmək istəyi ilə əlaqələndirib.

Qeyd edək ki, Juninyo kimi səviyyəli futbolçunun maaşı nəinki Azərbaycan Premyer Liqası, hətta I divizion klubları üçün də gülünc məbləğdir.

Azərbaycan çempionatları tarixində bu səviyyədə oyunçu olmasa da, futbolçularımız Juninyodan 50-100 dəfə çox qazanır.