“Portu” artıq finalda, “Benfika” çətin qələbə qazandı
29.04.2011 - 00:59
Bu gün Avroliqada ilk yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, növbəti darmadağına imza atan “Portu”nun artıq finala çıxdığını demək olar.
Hər halda, “Vilyarreal” cavab oyununda 4:0 hesabı ilə qalib gəlməlidir ki, bu da real görünmür. Özü də maraqlıdır ki, portuqaliyalılar fasiləyə hesabda geridə yollanmış və 2-ci hissədə vurduqları 5 qolla ötən mərhələdə bu hesablı qələbəyə sevinən “Vilyarreal”ı peşman etdi. Oyunun qəhrəmanı 4 qol vuran hücumçu Falkao olub. “Portu” əvvəlki mərhələdə Moskva “Spartak”ı ilə oyunların hərəsində də 5 qol vurduğunu nəzərə alsaq, bu məhsuldar seriyasını davam etdirir.
“Portu”nun bu qələbəsi ilə finalda Portuqaliya duelinin olacağı qaçılmazdır. Çünki digər yarımfinal cütünü bu ölkənin təmsilçiləri təşkil edir. “Benfika” “Braqa” ilə görüşdə çətin qələbə qazanaraq, finala bir qədər də yaxınlaşdı. Ancaq kubokda səfərdə vurulan qolun əhəmiyyətini nəzərə alsaq, “Braqa”ya final çıxmaq üçün evdə 1:0 hesablı qələbə də yetərlidir. “Benfika” isə istənilən bərabərlik əldə etməklə, finalda əzəli rəqibi “Portu” ilə görüşmək imkanı qazanacaq.
Qeyd edək ki, cavab oyunları mayın 5-də keçiriləcək.
28 aprel
“Portu” (Portuqaliya) – “Vilyarreal” (İspaniya) - 5:1
QOLLAR: Falkao, 49 (p); 67; 74; 89 - Quarin, 61 - Kani, 45
“Benfika” (Portuqaliya) – “Braqa” (Portuqaliya) - 2:1
QOLLAR: Jardel, 50; Kardozo, 59 - Vandinyo, 53

0
0