“Real”ın futbolçularını rüsvay etdilər
28.04.2011 - 14:43
İspaniyanın ən məşhur nəşrlərindən olan “Marka” qəzeti Madrid “Real”ının futbolçularını rüsvay edib. Apasport.az saytının məlumatına görə, qəzet “Kral klubu”nun oyunçularının hamısına “Barselona” ilə Çempionlar Liqasının ilk yarımfinal görüşündə meydanda hərəkətinə 1 qiyməti verib ki, bu da kafi deməkdir.
“Barsa”da belə aşağı qiyməti yalnız Pedro, qalan futbolçular yaxşı və əla qiymətlər alıb. Maksimal ballar Xavyer Maskerano, Herard Pike, Karles Puyol, Lionel Messi və Afellayla yanaşı, baş məşqçi Xosep Qvardiolaya verilib.
Kataloniyanın “El Mundo Deportivo” qəzeti madridlilərə kafi, “Barsa”da ən yüksək qiymət - 4 ulduzu Maskerano, Puyol, Messi və Afellaya verib. Fransanın “Ekip” jurnalı hər iki qolun müəllifi olan Messini oyunun ən yaxşısı sayaraq, argentinalını 8 bala layiq görüb. Lionelin “Real”da həmyerlisi Anhel di Mariya ən yüksək (6 bal), milliyətcə türk olan Məsut Özil ən aşağı (3) qiymət alıb.
İtaliyanın “Qazzeta dello Sport” qəzeti də Messini ən yaxşı futbolçu kimi 8 bala layiq görüb. “Real”da isə ən yaxşı futbolçu 6 bal alan Xabi Alonso olub. İtalyanların fikrincə, meydanda ən zəif “Real”ın müdafiəçisi Serxio Ramos olub.

0
0