Yığmamızın sabiq futbolçusu “pələng ovunda” - FOTO
28.04.2011 - 15:41
Yığmamızın sabiq futbolçusu “pələng ovunda” - FOTO
Azərbaycan milli komandasının sabiq futbolçusu Leandro Qomeş Braziliyanın Rio de Janeyro ştatının çempionatında növbəti qollarını vurub. Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu “Sampayo Korrea” klubunun heyətində imza atdığı növbəti dublla darmadağın iştirakçısı olub.

Belə ki, Qomeşin komandası “Tiqre” klubunu 5:2 hesabı ilə darmadağın edib. “Pələnglər”in qapısından 2 qolu da məhz yığmamızın milliləşən veteranı vurub.

Qeyd edək ki, Leandro cari mövsümdə “Sampayo Korrea”da 3 qol vurub.