“Qalatasaray” Rəşad Sadıqovun sabiq komanda yoldaşını alır
28.04.2011 - 16:34
“Qalatasaray” Rəşad Sadıqovun sabiq komanda yoldaşını alır
“Qalatasaray” növbəti mövsüm üçün ilk transferini reallaşdırır. Apasport.az saytının məlumatına görə, “Cim Bom” Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun “Əskişəhərspor”da komanda yoldaşı olmuş Sezer Öztürkün keçidini həll edir.

Sezer hələ “Manisaspor”da oynayarkən gündəmdə olsa da, həmin vaxt transferi gerçəkləşməmişdi. “Qalatasaray”ın prezidenti Adnan Polat “Əskişəhərspor”un prezidenti Halil Ünaldan Öztürkü istəyib və buna müsbət cavab alıb. 25 yaşlı yarımmüdafiəçinin transferi Superliqada mövsüm bitəndən sonra rəsmiləşəcək.

Qeyd edək ki, Sezer də Rəşad kimi “Əskişəhərspor”a ötən il gəlsə də, futbolçumuzdan fərqli, komandada çıxışını davam etdirir.