Azərbaycan yığması ermənilərdən 109,5 dəfə üstündür
28.04.2011 - 16:42
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Astana şəhərində keçirilən “Prezident kuboku” turnirinin əsas favoritidir. Apasport.az-ın məlumatına görə, yarışın təşkilatçısı olan Qazaxıstan Futbol Federasiyasının rəsmi internet saytının keçirdiyi sorğuya əsasən, ənənəvi kubok ölkəmizə gətiriləcək.
Qrup mərhələsindəki ilk 2 oyunu udmaqla adını finala yazdıran Təbriz Həsənovun yetirmələri sorğuda böyük üstünlük əldə ediblər. 290 respondentin 219-u, yəni 75,52 faizi millimizi “Prezident kuboku”nin qalibi görür. Qazaxıstan 43, Türkiyə isə 18 səs toplayıb.
Ukrayna 4, Özbəkistan 3, Ermənistan 2, Gürcüstan 1 səs toplayıb ki, bu da onlara inamın olmamağından irəli gəlir. Yığmamız bu göstəricidə prinsipial və potensial rəqibi sayılan ermənilərdən 109,5 dəfə üstündür. İran yığması isə, ümumiyyətlə səs toplamayıb.
Qeyd edək ki, sorğuya hələ yekun vurulmadığından səslərin sayı dəyişə bilər.

0
0