Uinston Parks antirekorda imkan vermədi
28.04.2011 - 17:06
NBC Azərbaycan kubokunda əvvəlki göstəricilər təkrarlanıb. Apasport.az saytının hesablamalarına görə, ilk yarımfinal görüşlərində cəmi 1 qolun vurulması, ölkəmizdə 19-cu dəfə keçirilən turnir üçün ən pis göstəricidir.
Bu, cari mövsümdə keçirilən ilk yarımfinal görüşlərində baş verdi. Həmin yeganə qolun müəllifi Azərbaycan kubokunda debüt mövsümündə 3 qolla bombardirlərdən olan “Xəzər Lənkəran”ın kosta-rikalı hücumçusu Uinston Parks oldu. O, “Bakı” ilə Lənkərandakı görüşdə qələbə topuna imza atdı. “İnter”lə AZAL-ın “Şəfa” stadionundakı görüşündə isə qol vurulmadı.
Belə aşağı məhsuldarlıq 2000/01, 2005/06 və 2006/07 mövsümlərində olub. 2000/01-də “Neftçi” “Turan”a 1:0 hesabı ilə qalib gəlmiş, “Şəfa” ilə “Dinamo-Bakılı”nın görüşü qolsuz bitmişdi. Bundan 5 il sonra ilk yarımfinalda “Neftçi” ilə “Qarabağ”ın Respublika stadionundakı görüşündə qol vurulmamış, “Xəzər Lənkəran” evdə “Karvan”ı minimal hesabla yenmişdi. Növbəti mövsümdə də “Neftçi” yarımfinalda iştirak edərək, bu dəfə səfərdə “MKT-Araz”la qolsuz bərabərlik etmiş, “Xəzər Lənkəran” isə Bakıda “İnter”i 1:0 hesabı ilə yenmişdi.
Göründüyü kimi, bu dəfə yarımfinalda “Neftçi” olmasa da, “Xəzər Lənkəran” var və yeganə qol onun hesabındadır. Parksın qolu olmasaydı, Azərbaycan kubokunda ən böyük antirekord qeydə alınacaqdır ki, bu da ilk yarımfinal matçlarında qolun vurulmamağıdır.
Mehman SÜLEYMANOV

0
0