Falkao Foqtsun sevimli futbolçusundan üstün oldu
29.04.2011 - 08:45
“Portu” klubunun futbolçusu Falkao Avroliqanın yeni rekordçusu oldu. Apasport.az saytının məlumatına görə, kolumbiyalı hücumçu vaxtilə UEFA kuboku adlanan turnirdə bir mövsümdə ən çox qol vuran oldu. Bu, Avroliqanın ilk yarımfinalında “Vilyarreal”la 5:1 hesabı ilə qalib gəldiyi oyunda etdiyi poker sayəsində reallaşıb. Bununla da Falkaonun qollarının sayı 16-ya çatıb. Əvvəlki rekord məşhur almaniyalı futbolçu Yurgen Klinsmanna məxsus olub. Hücumçu 1996/97 mövsümündə 15 qol vurub.
Qeyd edək ki, 1996-cı ildə yığmanın heyətində Avropa çempionluğunu qazanan Yurgen həmin vaxt rəhbərliyi altında oynayan, milli komandamızın baş məşqçisi Berti Foqtsun sevimli futbolçularından olub.
Qeyd edək ki, 1996-cı ildə yığmanın heyətində Avropa çempionluğunu qazanan Yurgen həmin vaxt rəhbərliyi altında oynayan, milli komandamızın baş məşqçisi Berti Foqtsun sevimli futbolçularından olub.
0
0