Klarens Zeedorfa orden verildi
29.04.2011 - 09:04
Klarens Zeedorfa orden verildi
İtaliyanın “Milan” klubunun futbolçusu Klarens Zeedorf cəngavər adına layiq görülüb. Apasport.az saytının məlumatına görə, hollandiyalı yarımmüdafiəçi Oranj-Nassau ordeninə layiq görülüb. Zeedorfun futbol və xeyriyyəçilik sahəsindəki xidmətləri belə yüksək qiymətləndirilib.

Qeyd edək ki, 35 yaşlı futbolçu 2005-ci ildə “Çempionlar uşaqlar üçün” adlı xeyriyyə fondu yaradıb.