UEFA “Real” – “Barselona” oyununu araşdırmağa başladı
29.04.2011 - 09:22
UEFA Çempionlar Liqasının ilk yarımfinal oyunu olan “Real” – “Barselona” görüşü ilə araşdırmaya başlayıb. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bununla bağlı rəsmi açıqlamasında Madriddəki oyunda baş verən insidentlərə baxacağı tarixi də göstərib. Bu, əzəli rəqiblərin cavab görüşündən sonra – mayın 6-da olacaq.
Hər iki komandaya qarşı açılan iş onların cəzasız qalmayacağı deməkdir. Bunlardan “Real” daha çox cəzalanacaq. Madridlilərin azarkeşlərinin müxtəlif əşyalar atması və meydana girmələri klubun cərimələnməsi ilə nəticələnəcək. Bundan əlavə, “Real”ın portuqaliyalıları – baş məşqçi Joze Mourinyo ilə futbolçu Pepenin məsələsinə baxılacaq. Oyunda qırmızı alan həmyerlilər UEFA-nın cəzasına məruz qalacaq. Ancaq Mourinyo mətbuatda ədəbsiz sözlər işlətdiyindən, buna da baxılaraq, cəzası daha ağır olacaq.
“Barselona”da isə UEFA-nın cəzasına məruz qalan, fasilədə dava-dalaşın əsas səbəbkarlarından olan, qırmızı vərəqə alan ehtiyat qapıçısı Pinto olacaq. İstənilən halda, Pepe ilə Pinto cəzalı olduqlarından, haqlarında qərar çıxarılmayana qədər - mayın 3-də cavab oyununda meydana çıxmayacaqları dəqiqdir.

0
0