Azərbaycan yığmasından ardıcıl 3-cü qələbə - YENİLƏNİB
29.04.2011 - 15:51
Azərbaycan yığmasından ardıcıl 3-cü qələbə - YENİLƏNİB
Bu gün Qazaxıstanın Astana şəhərində keçirilən “Prezident” kuboku” turnirində qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi artıq qrupdakı çıxışını başa vurub.

İlk 2 turda qazandığı qələbələrlə qrup birinciliyini təmin edən Təbriz Həsənovun yetirmələri Özbəkistanla görüşdə 3 xal qazanıb. Ardıcıl 3-cü qələbə 3 qolla əldə olunub – 3:1.

Qeyd edək ki, ilk 2 turda yığmamız İranı 2:1, Qazaxıstanı 3:2 hesabı ilə məğlub edən millimiz kubok uğrunda sabah keçiriləcək oyunda Ukrayna ilə görüşəcək.

Özbəkistan – Azərbaycan - 1:3

1. Azərbaycan 3 3 0 0 8-4 9
2. Özbəkistan 3 0 2 1 2-4 2
3. Qazaxıstan 2 0 1 1 3-4 1
4. İran 2 0 1 1 1-2 1