AZAL yenə “Neftçi”yə uduzacaq?
29.04.2011 - 12:49
Premyer Liqanın XXIX turunda “Neftçi” klubunu qəbul edəcək AZAL rəqibinə qarşı sindrom yaşayır. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” son 6 paytaxt derbisində “ağ-qaralar”ı məğlub edə bilmirlər.
2008-ci il noyabrın 30-da 2:1 hesablı qələbəyə sevinən o vaxtkı “Olimpik” növbəti 6 görüşdə 3 qolsuz heç-heçə ilə təsəlli tapıb. 3 dəfə qalib gələn “Neftçi” bütün matçlarda minimal fərqlə sevinib. Lakin hələ Əsgər Abdullayevin baş məşqçi olduğu vaxt qazanılan həmin 3 xal səfərdə əldə olunmuşdu.
Bu dəfə isə Şüvəlandakı stadionuna çıxacaq AZAL doğma divarlar arasında daha uzun həsrət yaşayır. “Təyyarəçilər” 1443 gündür öz meydanında rəqibini uda bilmir. 2007-ci il mayın 17-də “Şəfa”da 2:1 hesabına sevinən Abdullayevin yetirmələri həmin vaxt “ağ-qaralar”ı çempionluqdan məhrum etmişdi.
Sonrakı 4 ev matçında isə AZAL heç “Neftçi”nin qapısına qol da vura bilməyib. Bu görüşlərin 3-də qol vurulmayıb, 1-də isə qonaqlar 1:0 hesabı ilə qalib gəlib.
AZAL-ın indiki baş məşqçisi Nazim Süleymanov isə vaxtilə şərəfini qoruduğu “Neftçi” üzərində qələbə qazana bilmir. Əvvəllər meydana çıxardığı “Xəzər Lənkəran” və “Bakı”da “ağ-qaralar”la üz-üzə gəlməyən mütəxəssis indiki komandasında 4 dəfə “Neftçi” qarşısında imtahan verib. Bunların 2-də qolsuz heç-heç ilə kifayətlənən çalışdırıcı digər 2 matçda məğlubiyyətlə barışıb.

0
0