“İnter” - “Xəzər Lənkəran” - 4:3
29.04.2011 - 12:29
Premyer Liqanın XXIX turunda üz-üzə gələcək “İnter” və “Xəzər Lənkəran” klubları ölkə çempionatları tarixində 18-ci dəfə qarşılaşacaqlar. Apasport.az saytının məlumatına görə, bu komandaların görüşləri daha çox heç-heçələrlə əlamətdar olur. Belə ki, indiyə qədərki 17 görüşdən 10-da qalib müəyyənləşməyib.
2004-cü il noyabrın 21-də başlayan rəqabət “İnter”in ev qələbəsi ilə start götürüb. Bakılılar elə qələbə sayında da üstündür – 4:3. Bu minimal üstünlük top fərqində də öz əksini tapıb – 19:18.
Lakin lənkəranlılar bu duellərdə qazanılan son qələbənin müəllifidir. Onlar bu il fevralın 27-də səfərdə 3:1 hesabı ilə qalib gəlib. “İnter” isə son qələbəsini 2010-cu il martın 21-də elə “Şəfa”da qazanıb – 1:0. Komandalar hərəyə 1 dəfə səfərdə qalib gəlibsə, digər görüşlərdə meydan sahibləri xal itirməyib.

0
0