“Neftçi”nin sabiq baş məşqçisini milli komandaya buraxmadılar
29.04.2011 - 13:11
Vyetnam millisinin yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, asiyalılar almaniyalı mütəxəssis Falko Götz ilə ilkin razılıq əldə ediblər. O, mayın 4-də Vyetnam Futbol Federasiyası ilə müqavilə bağlayacaq.
Vyetnamlılar vaxtilə “Qalatasaray”da çıxış etmiş Götzə üstünlük verməzdən əvvəl seçim etməli olublar. Çünki bu posta daha bir namizəd var idi: Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Hans-Yurgen Gede.
Milli komandamızda Berti Foqtsun köməkçisi olmuş 55 yaşlı almaniyalının karyerasını Vyetnam yığmasında davam etdirməsinə indiki komandası mane olub. Belə ki, Gede məşqçisi olduğu İranın “İstiqlal” klubundan müqaviləsi olduğundan ayrıla bilməyib.
Hərçənd, vyetnamlılar üçün “Neftçi”nin sabiq çalışdırıcısı daha sərfəli idi. Çünki sabiq “Qalatasaray”lı ilə müqayisədə Gede daha ucuz məşqçidir. Bu asiyalılara sərf etsə də, “İstiqlal”ın onu buraxmaması üzündən Götzə ayda 22 min ABŞ dolları verməli olacaqlar. Hərçənd, əvvəl o daha çox 35 min haqda danışırmış ki, bu da vyetnamlılar üçün çox böyük xərc sayılır.

0
0