Ermənistan yığması Azərbaycan millisi ilə oynamaqdan qorxdu
29.04.2011 - 14:01
Ermənistan yığması Azərbaycan millisi ilə oynamaqdan qorxdu
Ermənistan yığması (U-17) Azərbaycan millisi ilə görüşməkdən qorxub. Apasport.az saytının məlumatına görə, Astanada keçirilən “Prezident kuboku” turnirinin finalında komandamızla oynamaq imkanı olan ermənilər bundan yayınıblar.

Belə ki, Gürcüstanın qrupda son turda Ukraynaya 0:1 hesabı ilə uduzmasından sonra ən yaxşı şans məhz bədnam qonşularımızda idi. Çünki Ermənistan Türkiyəyə qalib gəlsəydi, ukraynalıları həm şəxsi oyunda, həm də topların fərqində üstələyərək 1-ci yerin sahibi kimi finala çıxacaqdı. Ancaq indiyə kimi futbolda bizə həmişə uduzan ermənilər bu dəfə də qarşımıza çıxmaqdan qorxdular.

Onlar türklərə ciddi müqavimət göstərməyərək, 0:2 hesabı ilə uduzdular. Bununla, Ermənistan növbəti dəfə özlərini komandamıza uduzub, ölkələrində biabır olmaqdan sığortaladılar.

Qeyd edək ki, Azərbaycan Özbəkistanla görüşün nəticəsindən asılı olmayaraq, finala çıxan ilk komandadır.