Vəli Qasımov Almaniyaya gedir
29.04.2011 - 14:26
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyaya gedəcək. Apasport.az saytının məlumatına görə, Vəli Qasımovun yetirmələri mayın 6-dan 16-dək Frankfurt şəhərində təlim-məşq toplanışı keçəcək. Yığmamız qeyd olunan müddətdə laktat testi də verəcək. Millimizin yoxlama oyununda da qüvvəsini sınayacağı istisna deyil.
0
0