Yığmamız finalda Ukrayna ilə qarşılaşacaq
29.04.2011 - 14:38
Qazaxıstanın Astana şəhərində keçirilən “Prezident kuboku” turnirində B qrupunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası A qrupunda ilk pilləni 2 oyundan sonra təmin etmişdisə, B qrupunda hər şeyə son matçda aydınlıq gəlib.
Gürcüstanı 1:0 hesabı ilə məğlub edən Ukrayna yığması Türkiyənin Ermənistanı 2:0 hesabı ilə udmasından istifadə edərək 1-ci olub. Onlar şəxsi oyundakı qələbə sayəsində zirvəni ələ keçirib. Bu isə o deməkdir ki, sabah keçiriləcək I yer uğrunda final görüşündə yığmamız ukraynalılarla üz-üzə gələcək.
1. Ukrayna 3 2 0 1 3-3 6
2. Türkiyə 3 2 0 1 5-3 6
3. Gürcüstan 3 1 0 2 6-6 3
4. Ermənistan 3 1 0 2 5-7 3

0
0