Hiddink Abramoviçin təklifinə cavab verdi
29.04.2011 - 15:07
 Hiddink Abramoviçin təklifinə cavab verdi
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsində rəqibi olan Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink rusiyalı milyarder Roman Abramoviçin təklifinə cavab verib. Apasport.az saytının məlumatına görə, hollandiyalı mütəxəssis Abramoviçin sahibi olduğu Londonun “Çelsi” klubuna qayıtmaq təklifini iyuna kimi təxirə salıb. Hiddink son qərarını Türkiyə yığmasının seçmə mərhələdə çıxışından, final mərhələsinə düşmək şansından asılı olaraq verəcək.

Özü də Abramoviç Hiddinki klubunda idman-direktoru postunda görmək istəyir. Ancaq mütəxəssis qərarını ən azı 2 aydan sonra bildirəcəyini artıq Abramoviçin özünə deyib. Hiddink analoji təklifləri vətənində ən güclü klublar olan “Ayaks” və PSV-dən alıb.

Qeyd edək ki, Hiddink 2009-cu ildə baş məşqçisi olduğu “Çelsi”yə qayıdarsa, millimizlə bu ilin oktyabrın 11-də Türkiyədəki oyuna çıxmayacaq.