“Neftçi” Bahodir Nasimovu qoruyur
29.04.2011 - 15:49
Azərbaycan Premyer Liqasının bombardiri olan “Neftçi” klubunun özbək futbolçusu Bahodir Nasimovun meydana qayıdışının tarixi dəqiqləşməyib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Arif Əsədov məlumat verib.
O bildirib ki, son 2 turda zədə üzündən kənarda qalan hücumçunun mayın 1-də AZAL-la səfər matçında meydana çıxmasına oyun günündə aydınlıq gələcək: “Bahodir zədəsini sağaldaraq, komanda ilə məşq edir. Ancaq bu daha çox fərdi hazırlıqdır və onu sərt mübarizələrdən qoruyuruq. AZAL-la isə sintetik meydançada oynayacağıq. Bahodir belə qazonda məşq edəndə, ayağında ağrılar hiss edir. Digər zədəlilərimizdən litvalı qapıçı Paulius Qribauskas uzun müddətli zədədən sonra bərpa prosesi keçir. Braziliyalı yarımmüdafiəçi Rodriqinyo bir müddət zədəli olsa da, sonradan sıraya qayıtdı. Onun sintetik meydançada oynamaqla bağlı problemi yaranmamalıdır”.
Mehman SÜLEYMANOV

0
0