Manuel Noyer əllərini 3 milyon avroya sığortaladı
29.04.2011 - 15:28
Manuel Noyer əllərini 3 milyon avroya sığortaladı
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya yığmasının qapıçısı Manuel Noyer sığortalanıb. Apasport.az saytının məlumatına görə, “Şalke” klubunun qolkiperi əllərini 3 milyon avroya sığortalayıb.

Almaniyada “Bavariya”, İngiltərədə “Mançester Yunayted”in maraq dairəsində olan Noyer zədədən sığortalanıb. O, qapıçı karyerasını davam etdirməyə mane olacaq zədə ilə üzləşəcəyi halda 3 milyon avro alacaq.

Qeyd edək ki, Noyer Avro-2012-nin seçmə mərhələsində cəmi 1 qol buraxıb. Bu da millimizlə görüşdə baş verib. Vaqif Cavadovun künc zərbəsindən sonra Manuel topu qaytarsa da, yerə yıxılan Rail Məlikovun belindən sıçrayan top qapıdan keçib. Həmin kuryoz qol isə Vaqifin hesabına yazılıb.