“Naci Şensoy bir şey haqda danışmırsa, deməli, bunun böyük bir səbəbi var”
29.04.2011 - 16:20
“Əlbəttə, 5 oyunluq cəzalanmağımdan sonra psixoloji düşkünlük yaranıb. Ancaq AFFA-nın haqqımda çıxardığı qərara heç bir şərh etmək istəməzdim. Məni düzgün başa düşməyinizi xahiş edirəm. Sadəcə, onu deyə bilərəm ki, Naci Şensoy bir şey haqda danışmırsa, deməli, bunun böyük bir səbəbi var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun baş məşqçisi Naci Şensoy deyib.
Premyer Liqanın ötən turunda “Gəncə”yə səfərdə 0:1 hesabı ilə uduzduğu görüşdə hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılan türkiyəli mütəxəssis mövsümü vaxtından əvvəl başa vurmalı oldu.
Şensoyun sözlərinə görə, yalnız danışmaqla futbolumuza heç bir kömək olmayacaq: “Bir şeyi dərk etmək lazımdır ki, Azərbaycan futbolu inkişaf edir, inkişaf etməyən isə bu sözün özüdür. Bu, dialektik anlayışdır. Futboldakı indiki dinamikanı basketbola bənzətmək olar. Oyunda sürət artıb, top dayanmadan ora-bura gedir. Elə futbolçular yetişdirirlər ki, onlar aslan, pələng kimi sürətlə topun üzərinə qaçırlar. Futbolda belə sürət baş məşqçini də dinamik olmağa sövq edir. O, bu dinamikanın qarşılığında texniki zonada sakit dura bilməz. Götürün, Joze Mourinyonu, necə çılğındır”.
Təcrübəli mütəxəssis bildirib ki, hazırkı futbolda baş məşqçilərin üzərində böyük psixoloji təzyiq var: “Basketbolu təsadüfən qeyd etmədim. Orada baş məşqçilər bir dəqiqə yerlərində oturub, sakit dayanmırlar. Hər iki komandanın çalışdırıcısı sona kimi hərəkətdə olur, hətta hakimlərin oturduğu stola kimi gəlir, fikirlərini bildirirlər. Azərbaycanda məşqçilər hakimlərə hörmət bəsləyirlər, ancaq hakimlər məşqçilərə yox. İndi dincəlməyimə imkan yaranıb və baş məşqçi üçün istirahət yaxşı olardı. Ancaq çalışdırıcının dinamikliyi futbolçulara meydanda enerji verməlidir”.
“Turan”ın prezidenti Musa Süleymanov mətbuata müsahibəsində bildirib ki, baş məşqçinin texniki zonada yer almasından asılı olmayaraq, futbolçular öz oyunlarını oynayacaqlar. Yəni Şensoyun cəzalı üzündən kənarda qalmasının elə ciddi fərqi yoxdur. Türkiyəli buna şərh etmək istəməyib: “Bu, Süleymanovun şəxsi fikridir. Mən nə deyə bilərəm ki? Aramızda heç bir problem yoxdur. Prezidentə sonsuz hörmətim var. Komandamızın bu il yaxşı çıxışında, Premyer Liqada yerini qoruyaraq, “Simurq”dan 9 xal qabaqda olmağımızda Süleymanovun böyük əməyi var”.

0
0