Fariz Nəcəfov: Həqiqətən də onunla danışıqlar aparırıq
29.04.2011 - 23:02
“Transfer çalışmaları ilə bağlı hələlik yenilik yoxdur. Menecerlər bu istiqamətdə araşdırmalarını davam etdirirlər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
Artıq çempionatda heç bir iddiası qalmayan “Qəbələ” mövsüm başa çatmasa da, transfer çalışmalarına start verib. Bir müddət əvvəl Mahir Şükürovla ortaq məxrəcə gələn əyalət təmsilçisi milli komandanın daha bir neçə futbolçusunu sıralarına qatmaq niyyətindədir. Artıq potensial namizədlərdən bir neçəsinin adları açıqlanıb. Bir müddət əyalət təmsilçisinin formasını geyinən Vurğun Hüseynovun yenidən bu komandaya dönəcəyi gözlənilir. Klub rəsmisi müdafiəçi ilə danışıqlar aparıldığını təsdiqləyib: “Həqiqətən də onunla danışıqlar aparırıq. Ancaq hələlik məsələ konkretləşməyib”.
Yeni mövsüm üçün iddialı kollektiv formalaşdırmağı qarşısına məqsəd qoyan Toni Adams rəhbərlikdən millinin əsas heyət oyunçularının transferini istəyib. Bunun nəticəsidir ki, Elvin Məmmədov, Vaqif Cavadov və Vüqar Nadirovun adları əyalət təmsilçisi ilə yanaşı hallanır. Ancaq vitse-prezident bununla bağlı konkret fikir yürütmədi: “Həmin futbolçularla bağlı dəqiq nəsə deyə bilmərəm. Ola bilsin, baş məşqçi oyunlarını izləyib və çıxışlarını bəyənib”.
Sonda Nəcəfovdan son günlərdə Toni Adamsın “Arsenal”a mümkün dönüşünə münasibət də öyrəndik: “Toni Adamsla bağlı bizə heç kim müraciət etməyib. Heç Adamsın gedəcəyinə inanmıram. Çünki komandanı indiki məqamda buraxmaz”.

0
0