Mourinyonu qovdu, qalmaqalla üzləşdi
29.04.2011 - 16:59
Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən qalmaqallı “Real” – “Barselona” matçının baş hakimi Volfqanq Ştark xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, İspaniya klublarının prinsipial qarşılaşmasındakı bir neçə qərarı ilə müzakirələrə səbəb olan almaniyalı Madriddə hücuma məruz qalıb.
Görüşdən sonra assistentləri ilə birlikdə paytaxt restoranlarından birinə gedən Ştarkın şam yeməyi “burnundan gəlib”. Orada “Real” pərəstişkarları hakimləri tanıyaraq, onlarla haqq-hesab çürütməyə qərar veriblər. Əvvəl hakimlərlə mübahisəyə girişən azarkeşlər sonradan onları döyməyə çalışıb.
Restoran əməkdaşlarının müdaxiləsindən sonra almaniyalı və köməkçiləri canlarını qurtara biliblər. Bundan sonra onlar restoranın imtiyazlı, xüsusi yerində şam etməli olublar.
Qeyd edək ki, “Barselona”nın 2:0 hesabı ilə qalib gəldiyi görüşdə Ştark madridlilərin baş məşqçisi Joze Mourinyonu texniki zonadan, Pepeni isə meydandan qovmuşdu.

0
0