“Qarabağ” və “İnter” futbolçularının cəzası yüngülləşdirildi
29.04.2011 - 17:11
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda 4 məsələ müzakirə olunduqdan sonra müvafiq qərarlar verilib.
Ağdamın “Qarabağ” klubunun 5000 manat və əvəzedici komandanın üzvü İsrafil Qarayevin 10 oyunluq cəzalandırılması ilə bağlı müraciət təmin olunub. Belə ki, AFFA-nın İntizam Komitəsinin martın 1-də çıxardığı sərt qərar ləğv olunaraq, 2 dəfə azaldılıb. Beləliklə, Qarayev 5 oyun meydanlardan kənar qalacaq, “Qarabağ” isə 2500 manat ödəyəcək.
“MKT-Araz”ın heyətində qanunsuz olaraq onlara qarşı oyunda iştirak etmiş 2 futbolçudan şikayət edən “Bakılı” klubunun müraciəti isə təmin olunmayıb. Elnur Yusifov və Elçin Mehdiyevin İmişli təmsilçisində oynamasında qayda pozuntusu aşkarlanmayıb.
Lisenziyalaşdırma sənədlərini vaxtında təqdim etmədikləri üçün cərimələnmələri barədə müraciət qaldıran “Abşeron” və “Gəncə”nin də şikayəti təmin olunmayıb.
“İnter” də istəyinə çatmayıb. Komandanın futbolçusu Aleksandr Qross barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar yüngülləşdirilməklə, qüvvədə saxlanılıb. Qross intizam tədbiri olaraq 3 deyil, 1 oyunluq kənarlaşdırılıb, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunub. 6 aylıq sınaq müddəti ərzində Qross analoji hərəkətlərə yol verdiyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq.

0
0