Yığmamız Elxan Məmmədovu “Prezident kuboku”na apardı
29.04.2011 - 17:33
Qazaxıstan Futbol Federasiyası AFFA rəhbərliyini “Prezident kuboku”nun final oyununa dəvət edib. Apasport.az saytının məlumatına görə, bu məqsədlə baş katib Elxan Məmmədov Astanaya yollanıb.
Qazaxıstana 1 günlük səfərin məqsədi “Prezident kuboku”nun Azərbaycan və Ukraynanın 17 yaşadək futbolçulardan ibarət komandaları arasında final oyununu izləməkdir. Ardıcıl 3 qələbə qazanaraq finala çıxan yığmamız Məmmədovun matça dəvət olunmasına səbəb olub.
Qeyd edək ki, həlledici görüş aprelin 30-da, Bakı vaxtı ilə saat 18:00-da, “Astana Arena”da keçiriləcək.

0
0