“Gəncə” sponsordan xəbər gözləyir
29.04.2011 - 23:12
“Komada həmin komandadır. Ancaq məşqçilər korpusunda dəyişiklik olub”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun prezidenti Elmir Əliyev deyib.
Mövsümə iddialı başlayan, amma ilk “altılıq”dan kənar qaldıqdan sonra 8 oyunda qələbə qazana bilməyən qərb təmsilçisi sonda baş məşqçi Fuad İsmayılovu Mehman Allahverdiyevlə əvəzləyib. “Kəpəz”dəki fəaliyyəti ilə tanınan və bu kluba ən çox titul qazandıran təcrübəli mütəxəssisin “Gəncə”yə gəlişindən sonra 4 oyun keçirən əyalət təmsilçisi 2 heç-heçə edib və 2 qələbə qazanıb.
Vəziyyəti şərh edən Əliyev bu dəyişiklikdən sonra müsbət mənada müəyyən irəliləyişin olduğunu bildirib: “Səhv etmirəmsə, 8 oyun idi xal qazana bilmirdik. Baş məşqçi dəyişikliyindən sonra futbolçularda özünə inam artdı. Uşaqlar oyuna köklənə bilirlər”.
Yeni mövsümlə bağlı planlara gəldikdə, Əliyev bunu hələ müzakirə etmədiklərini, yaxın günlərdə məşqçilərlə bir araya gələcəklərini vurğulayıb: “Yeni mövsümlə bağlı planlar müzakirə olunmayıb. Çempionatın başa çatmasına 4 tur qalıb. Bundan sonra oturub söhbət edəcəyik”.
Allahverdiyev yeni mövsümdə iddialı kollektiv formalaşdırmaq istədiyini və bunun üçün klubun illik büdcəsinin artırılmasının vacibliyini bildirib. Klub prezidenti isə bununla bağlı qərarı sponsorların verəcəyini söyləyib: “Büdcə ilə bağlı məsələlərə klubun sponsoru baxır. Ona görə də bu haqda danışmaq erkəndir”.
Əliyev sabiq baş məşqçi Fuad İsmayılovun klubda artıq yeni vəzifəsinin icrasına başladığını bildirib: “Fuad müəllim uşaq futboluna rəhbərlik edir. O, işinin icrasına başlayıb. Gələcəkdə necə olacaq, onu zaman göstərəcək”.

0
0