Qurban Qurbanov qadağasının səbəbini açıqladı
30.04.2011 - 00:06
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçuların milli komanda barədə danışmasına qadağa qoymasının səbəbini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, gənc çalışdırıcı yığmanın “sükanı arxası”nda olan almaniyalı həmkarı Berti Foqtsun tənqid edilməsindən narazıdır: “Komandamızdan yığmaya bir neçə oyunçu çağırılır. Belçika ilə matçdan sonra onlar onsuz da üzgündür. Psixoloji cəhətdən özlərinə gəlməlidirlər. İstəmirəm ki, bu vəziyyətdə ara gərginləşsin. Biri hirslənib bir söz deyəcək, – istəmirəm belə olsun”.
Qurbanov bildirib ki, futbolçuların əsas fikirlərini çempionata yönəltmələrini istəyir: “Millinin növbəti oyununa xeyli var, indi çempionatın ən qızğın çağıdır. Qoy, hər şeyi yaddan çıxarıb, bütün fikirlərini bura yönəltsinlər. Özüm də futbolçu olmuşam. Bilirəm ki, fikir yayınanda, heç nə alınmır”.

0
0