“Mənim də səbrimin bir həddi var”
30.04.2011 - 09:00
Ölkə çempionatında mükafatlardan əlini üzən “İnter”lə AZAL-ın ümidini ölkə kubokuna bağladığını, desək, yanılmarıq. Avroliqaya vəsiqə qazanmağın yeganə yolu kubokdan keçir. Məhz bu baxımdan, yarımfinal qarşılaşması sözügedən komandalar üçün böyük əhəmiyyət kəsb edirdi. “Şəfa” stadionunda baş tutan ilk qarşılaşma qolsuz başa çatsa da, “təyyarəçilər”in hakimlərdən narazı qalması, oyundan sonra özünü göstərdi. FİFA referisi Elçin Məmmədovun “bankirlər”in qapısına penalti təyin etməməyi, AZAL-ın baş məşqçisi Nazim Süleymanovu əsəbiləşməyinə səbəb olub.
- Bu cür hakimliklə nə komandalar, nə də futbolumuz irəli gedə bilər. Rəqib müdafiəçi açıq şəkildə oyunçumuzu cərimə meydançasında yıxır, amma hakim penalti vermir. Onda məni başa salsınlar ki, 11 metrlik hansı vəziyyətdə verilir. Belə hakimlik olar?
- Yəni, həmin epizodda 100 faiz penalti var idi?
- Buna adım kimi əminəm. Daha necə olmalıdır ki, hakim penalti versin? Bunu görmək istəmirsə, daha sözüm yoxdur. Bununla il boyu çəkdiyimiz əziyyət hədər gedir. Klub rəhbərliyi baş məşqçidən nəticə istəyir. Bu il qarşımıza Avroliqaya vəsiqə qazanmaq məqsədi qoyulub. Bu işin öhdəsindən gəlməyə çalışırıq, amma kimlərinsə naşılığı üzündən qarşımız alınır.
- Penalti epizoduna etiraz etdiyiniz üçün hakim sizi tribunaya göndərdi?
- Guya dördüncü hakimi itələyib, meydana girmişəm. Əslində, belə olmayıb. Ceyhun Haşımov “İnter”in hücumunda qulaqcıqla baş hakimə göstəriş verirdi. Yəni meydanın bizə aid olan hissəsində baş hakimdən qapımıza cərimə zərbəsi təyin etməsini deyirdi. Bunu açıq-aydın eşidirdim. Penalti epizodunda artıq dözə bilmədim. Mənim də səbrimin bir həddi var. Etirazımı bildirdim. Ona görə də hakim məni tribunaya göndərdi.
- Hakimin qərarı ilə razılaşırsınız?
- Xeyr. Mən qayda pozuntusuna yol verməmişdim. Sadəcə, penalti epizoduna görə narazılığımı bildirmişəm. Yaxşı, həmin epizodda qayda pozulubsa, necə olacaq? Onda hakimlər AZAL-ın haqqını yediklərini etiraf edəcəklər? Amma ədalət sonda qalib gəlir. Hələ ümidimizi üzməmişik və kubok uğrunda sona qədər mübarizə aparacağıq.
- Tribunaya göndərildiyiniz üçün yəqin sizə cəza veriləcək...
- Həqiqətən günahım varsa, cəza çəkməyə hazıram. Amma bunun qarşılıqlı olmasını istəyirəm. Onda penalti epizoduna da düzgün qiymət verilməlidir. Mən cəzalanıramsa, hakim də buraxdığı səhvə görə cavab verməlidir.
- AZAL-ı finalda görürsünüz?
- Niyə də olmasın? “İnter”lə cavab oyunu da çətin olacaq. Onlar da, bizim kimi, mövsümü titulla başa vurmaq istəyirlər. Əlimizdən gələni edəcəyik ki, finala vəsiqə qazanaq. Bunun üçün, hakim idarəçiliyi ədalətli olmalıdır. Qarşıda “Neftçi” ilə çətin görüşümüz var. Bu matç da bizim üçün vacibdir.

0
0