Hacıyevski özünə komanda tap, “Simurq” dağılır!
30.04.2011 - 01:02
MOİK-lə bərabər "Simurq" da faktiki olaraq, gələn mövsüm üçün Premyer Liqadakı yerini itirib. İkinci "altılıq"da yalnız "Gəncə"yə qalib gələn Zaqatala təmsilçisi son 5 matçda məğlubiyyətləri sıralayıb.
15 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan şimallıların ən yaxın rəqibi "Turan"ı keçməsi mümkünsüz görünür. "Simurq" qalan 4 turda qalib gəlsə də, tovuzluların 3 xal qazanması kifayət edir ki, elitadakı yerini rəsmiləşdirsin.
İşi belə görən Zaqatala komandası gələn oyunlarda əvəzedici heyətin üzvlərinə üstünlük verəcəklər. Məlumata görə, son vaxtlar maaşlar da ödənilmir. Futbolçulara deyilib ki, istəyən qala, istəməyən gedə bilər. Baş məşqçi Qyoko Hacıyevski isə "Muğan"la görüşdən sonra yenidən istefa vermək istədiyini rəhbərliyin diqqətinə çatdırıb. Yaxın 2-3 gündə ona cavab veriləcək. Makedoniyalı çalışdırıcıya deyilib ki, yayda komanda dağılacaq və "Simurq" yalnız uşaq futbol məktəbi kimi fəaliyyətini davam etdirəcək.
Mənbə: “Sport Favorit” qəzeti

0
0