Elnur Allahverdiyev: Mən onları çempionluğa layiq saymıram
30.04.2011 - 09:13
“Hələ mübarizə gedir. Hər şey Allahın əlindədir, nə olacağını indidən bilmək olmaz”. Apasport.az saytının xəbərinə görə, bunu “Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyev deyib.
Azərbaycan yığmasının da üzvü olan müdafiəçi komandasının əzəli rəqibi “Neftçi”nin qızıl medallara layiq olmadığını düşünür: “Mən onları çempionluğa layiq saymıram. Qızıl medallara “Xəzər Lənkəran”la “Qarabağ” layiqdir. “Neftçi”nin zirvəyə necə çıxdığını hamı görür. Bazarda işləyəndən də soruşsan, deyəcək ki, onlara kömək edirlər. Yaxşı, onları da mən öyrədirəm?”

0
0