“Sonra başqa şey fikirləşərlər, çünki orda işləmişəm”
30.04.2011 - 01:10
“Xəzər Lənkəran” yaranandan yüksək yerlər uğrunda mübarizə aparıb. Bir qayda olaraq, çempionluq uğrunda vuruşub. İmici və strategiyası həm ölkə daxilində, həm də Avropada yüksək hədəflərə çatmaqdır”. Bunu apasport.az saytına açıqlamasında milli komandamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssisin çalışdırdığı “Neftçi” və “Xəzər Lənkəran” klubları Premyer Liqanın qızıl medalları uğrunda mübarizə aparırlar. Hazırda isə bakılılar Mircavadovun son iş yeri olan cənub təmsilçisini 8 xalla qabaqlayırlar.
Mircavadovun fikrincə, bunu aradan qaldırmaq çətin olacaq: “Xəzər Lənkəran” bu mövsüm çempionluğa gedirdi. Amma nədənsə sona qədər mübarizə apara bilmədi. İndiki halda, liderlə 8 xal fərqini aradan götürmək çətin olacaq. "Neftçi"də komanda ruhu yüksəkdir. Bunu "Bakı" üzərində qələbə bir daha göstərdi”.
“Ağ-yaşıllar”ın final mərhələsində 5 oyun qələbə qazana bilməməyinə gəlincə, Mircavadov buna səbəb tapa bilmir: “Bu suala cavab tapmaq çox çətindir. Kənarda olduğum üçün demək istəmirəm. Sonra başqa şey fikirləşərlər, çünki orda işləmişəm. Bu, etik cəhətdən düzgün çıxmaz”

0
0