“Xəzər Lənkəran” qızıl medalları itirdi - YENİLƏNİB
30.04.2011 - 18:52
Bu gün keçirilən 3 oyunla Premyer Liqanın XXIX turuna start verilib. Apasport.az saytının xəbərinə görə, günün əsas maraq doğuran qarşılaşması "İnter"lə "Xəzər Lənkəran" arasında baş tutacaq.
Meydana isə ilk öncə ikinci "altılıq" komandaları "Gəncə" və MOİK çıxıb. Bu görüşdə "Gəncə" 1:0 hesabı ilə qələbə qazanmaqla, xalını 35-ə yüksəldib. MOİK isə bu məğlubiyyətlə I diviziona düşməsini rəsmiləşdirib. Artıq Premyer Liqa ilə vidalaşan MOİK üçün "Turan" - "Muğan" matçının heç bir əhəmiyyəti qalmadı.
İkinci "altılıq"da digər oyun isə Zaqatalada baş tutub. Burada "Simurq" Qəbələnin eyniadlı komandasını qəbul edib. İkinci "altılığ"ın lideri olan "Qəbələ" isə bu görüşün favoriti sayılsa da, rəqibin müqavimətini qıra bilməyib. MOİK kimi Premyer Liqanı tərk etmək üzrə olan "Simurq" isə bu oyunda 1 xalla kifayətlənməklə öz işini daha da çətinə salıb. Sabah "Turan"ın öz meydanında qələbə qazanması "Simurq"un da I diviziona düşməsini rəsmiləşdirəcək.
Günün mərkəzi qarşılaşması isə "Şəfa" stadionunda keçirilib. Burada son ölkə çempionu Bakının "İnter" klubu "Xəzər Lənkəran"la qarşılaşıb. Hələ ötən tur qızıl medallardan əlini üzən Kaxaber Sxadadzenin komandası AZAL-la 4-cü pillə uğrunda mübarizə aparır. Lakin "bankirlər" bu görüşdə vacib 2 xal itiriblər. "Xəzər Lənkəran" isə bu oyunda xal itirməklə çempionluqdan bir qədər də uzaqlaşdı. Əgər “Neftçi" sabah qələbə qazanarsa, o zaman sona 3 tur qalmış çempionluğunu elan edəcək.
Qeyd edək ki, tura sabah keçiriləcək 3 görüşlə yekun vurulacaq.
30 aprel
“Gəncə” – MOİK - 1:0
QOL: Sabir Allahquliyev, 63
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, İsgəndər Əliyev, Fuad Həsənov
Gəncə. Şəhər stadionu
Cari mövsümdəki oyunlar – 5:0, 1:0, 2:0
“Simurq” – “Qəbələ” - 0:0
Qırmızı vərəqə: Deon Barton, 85
Hakimlər: Ceyhun Haşmov, Munis Abdullayev, Ruslan Babayev, Feyzulla Feyzullayev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Cari mövsümdəki oyunlar – 0:2, 0:3, 0:4
“İnter” – “Xəzər Lənkəran” - 1:1
QOL: Asif Məmmədov, 29 - Hristu Kyaku, 61
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Elşən Acalov, Rəhim Həsənov
Bakı. “Şəfa” stadionu
Cari mövsümdəki oyunlar – 0:0, 1:3, 1:1
1 Neftçi 28 18 8 2 49-12 62
2 Xəzər Lənkəran 29 15 10 4 34-16 55
3 Qarabağ 28 16 5 7 34-16 53
4 AZAL 28 12 9 7 31-22 45
5 İnter 29 12 8 9 28-24 44
6 Bakı 28 9 9 10 29-26 36
7 Qəbələ 29 11 11 7 28-17 44
8 Muğan 28 10 8 10 24-28 38
9 Gəncə 29 8 11 10 29-31 35
10 Turan 28 6 6 16 21-40 24
11 Simurq 29 3 7 19 15-46 16
12 MOİK 29 2 6 21 9-53 12

0
0