“Onun “quş”larından biri Azərbaycanla oyuna təsadüf etdi”
30.04.2011 - 10:07
Məşhur “eurosport” portalı almaniyalı Manuel Noyeri dünyanın ən yaxşı qapıçılarının siyahısına daxil edib. Apasport.az saytının məlumatına görə, həmkarlarımız “Şalke”nin qolkiperini dəyərləndirərkən, Azərbaycan yığması ilə qarşılaşmanı da xatırlayıb.
Onlar Noyerin Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Almaniya – Azərbaycan matçındakı səhvini unuda bilmirlər. Axı həmin qol qapıçının seçmə mərhələdə buraxdığı yeganə topdur: “Bəziləri Çempionlar Liqasının “İnter”lə oyununda Stankoviçin zərbəsindən sonra buraxılan qola görə Manueli qınayır. Lakin bununla razı deyilik. Gözəl “quşlar buraxması”, top əvəzinə balıq tutması Noyer üçün adi haldır. Belə gözəl “quş”lardan biri də seçmə mərhələnin Azərbaycanla oyununa təsadüf etmişdi”.

0
0