Yığmamızın rəqibi artıq 2012-ci ili düşünür
30.04.2011 - 11:39
Yığmamızın rəqibi artıq 2012-ci ili düşünür
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığması artıq 2012-ci ilin planlarını cızır. Apasport.az saytının məlumatına görə, Bundestim gələn il Fransa yığması ilə yoldaşlıq oyunu keçirəcək. Almaniya və Fransa futbol federasiyaları arasında əldə olunan razılığa əsasən qarşılaşma Bremendə baş tutacaq. Lakin görüşün dəqiq tarixi hələ müəyyənləşməyib.