“Dinamo” “Xəzər Lənkəran”ın futbolçularına möhtac oldu
30.04.2011 - 11:07
“Dinamo” “Xəzər Lənkəran”ın futbolçularına möhtac oldu
“Xəzər Lənkəran” klubu yay fasiləsində 2 futbolçusunu itirəcək. Apasport.az saytının məlumatına görə, rumıniyalılar Nikulae Muşat və Manuel Skarlatake mövsüm bitdikdən sonra Lənkəran təmsilçisindən ayrıla bilər. Belə ki, Rumıniyanın “Dinamo” klubu “Xəzər Lənkəran”a icarəyə verdiyi oyunçuları geri qaytarmaq niyyətindədir. Buxarest təmsilçisinin baş məşqçisi İoan Andone komandasının hər 2 futbolçuya ehtiyacı olduğunu, bu üzdən də onları geri qaytaracaqlarını açıqlayıb.

Qeyd edək ki, Muşat və Skarlatake qış fasiləsində “Xəzər Lənkəran”a keçiblər.