Fərid Quliyev də “Qəbələ”də!?
30.04.2011 - 11:10
Fərid Quliyev də “Qəbələ”də!?
"Qəbələ" daha bir yığma oyunçusunun transferini həll etmək üzrədi. Az öncə Mahir Şükürovu heyətinə qatan əyalət təmsilçisi indi də Fərid Quliyevlə anlaşır.

"Neftçi"dən "Simurq"a icarəyə verilən hücumçu hazırda Zaqatala klubunda heç də arzulanan səviyyədə oynamır. Bununla belə, o, Qəbələyə yollanacağına inanır: "Qəbələ"dən təklif gəldiyini gizlətmirəm. Komanda rəhbərliyinin Qəbələdə futbolun inkişaf etdirilməsi üçün gördüyü işlərdən xəbərdaram. Baş məşqçi Toni Adamsa da böyük hörmətim var. "Qəbələ"də oynamağa məmnuniyyətlə razıyam".

Zədə səbəbindən bir müddətdi Zaqatala komandasına kömək edə bilməyən forvard artıq problemi arxada qoyub.