Valentin Xodukin: 2006-cı ildə yığmada daha səviyyəli futbolçular var idi
30.04.2011 - 12:20
Bakının “İnter” klubunun sabiq baş məşqçisi Valentin Xodukin Ukrayna milli komandasındakı dəyişikliklərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, ukraynalı həmkarlarımız hələ də ölkəmizdə çalışan həmyerlilərini xatırlayıb. Ötənlərin məşhur futbolçusu Andrey Balın müəllimi sayılan Xodukin Oleq Bloxinin yığmanın baş məşqçi postuna təyin olunması ilə bağlı fikirlərini açıqlayıb.
Azərbaycanda ölkə çempionu titulunu qazanan ilk legioner məşqçi kimi tarixə düşən mütəxəssis Ukraynanın Polşa ilə birlikdə keçirəcəyi Avro-2012-dəki şanslarını dəyərləndirib: “Kənardan baxanda 2006-cı ildəki yığma ilə indikini müqayisə edə bilərəm. Oleq Bloxinlə Andrey Balın yığmada çalışdığı həmin vaxt onların sərəncamında olan futbolçuların səviyyəsi daha yüksək idi. Yığmanın indiki heyəti ilə bağlı xırdalıqları bilmirəm. Düşünürəm ki, Avro-2012-nin final mərhələsində onlar böyük çətinliklərlə üzləşəcəklər”.
Qeyd edək ki, Xodukin 2006-cı ilin yazından 2009-cu ilin yayına qədər “İnter”in baş məşqçisi olub.

0
0