Maradona məhkəməyə müraciət etdi - FOTO
30.04.2011 - 12:59
Maradona məhkəməyə müraciət etdi - FOTO
Argentina milli komandasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona məhkəməyə müraciət edib. Apasport.az saytının məlumatına görə, 51 yaşlı veteran şəkillərindən birindən siyasi məqsədlə istifadə olunmasından narahatdır.

Belə ki, Argentinanın San Xuan əyalətində vali seçkilərində eyni şəxsin 3-cü dəfə posta yiyələnib-yiyələnməməsinə qarşıdakı referendum aydınlıq gətirməlidir. Referendumda buna imkan verməyən konstitusiyaya dəyişikliyin edilib-edilməməsi həll olunmalıdır. İndiki əyalət rəhbərliyinin əleyhdarları əhali arasında yaydığı çağırışlarda əfsanəvi futbolçunun şəklindən istifadə edir.

Maradonanın “xeyr” deməsini ifadə edən həmin şəklin başqa yerdə və başqa məqsədlə çəkildiyini bildirən argentinalı veteran məsələyə məhkəmə salonunda aydınlıq gətirməkdə israrlıdır. O, əks olunduğu bütün afişaların yığışdırılmasını və yaşananlar üçün kompensasiya verilməsini tələb edir.