“Qarşıdakı turlarda əvəzedici heyətin futbolçularına şans verəcəyəm”
30.04.2011 - 16:31
“İlk 15 dəqiqədə qol vurmaq üçün iki imkanımız var idi. Lakin faydalana bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.
Gənc çalışdırıcı Azərbaycan Premyer liqasının XXIX turunun “Gəncə” ilə səfər oyunundakı 0:1 hesblı məğlubiyyətdən sonra əsas heyət futbolçularından imtina edəcəklərini açıqlayıb: “Komanda yaxşı oynadı. Premyer Liqa ilə vidalaşırıq. Qarşıdakı turlarda əvəzedici heyətin futbolçularına şans verəcəyəm. “Gəncə” son oyunlara itkilərlə çıxır, buna baxmayaraq, yaxşı oyun göstərdilər. Qələbə münasibəti ilə "Gəncə"ni təbrik edirəm”.
Mənbə: pfl.az

0
0