Toni Adams: Artıq 7 oyundur ki, məğlub olmuruq
30.04.2011 - 18:39
“Bizim üçün çətin oyun oldu. “Simurq”u 1 xal qazanmağı münasibəti ilə təbrik edirəm”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.
Britaniyalı çalışdırıcı Premyer Liqanın XXIX turunun “Simurq”la səfər matçı (0:0) barədə fikirlərini açıqlayıb: “Rəqibin müdafiəsini keçə bilmədik. Lakin buna baxmayaraq, komandamdan razı qaldım, futbolçularımla fəxr edirəm. Artıq 7 oyundur ki, məğlub olmuruq. Növbəti turda qarşılaşacağımız “Turan”la oyunda da bu ənənəni davam etdirmək istəyirik ”.
Adamsın həmkarı Qyoko Hacıyevski isə 1 xala sevinir: “Bir xal qazandığımız üçün sevinirəm. Lakin bu, turnir cədvəlindəki mövqeyimizə təsir etməyəcək. Əsas heyətin bir neçə futbolçusu bu gün yox idi. 1 xal qazandığımız üçün şadam”.

0
0