Kaxaber Sxadadze: Azarkeşlər bu oyundan zövq aldılar
30.04.2011 - 19:20
“Azarkeşlər bu oyundan zövq aldılar”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
“Bankirlər” Premyer Liqanın XXIX turunda qəbul etdikləri “Xəzər Lənkəran”la heçə-heçə oynayaraq, rəqibin qızıl medallar qazanmaq şansını azaldıb. Oyun sonrası mətbuat konfransında gürcü çalışdırıcı bildirib ki, azarkeşlər maraqlı oyun izləyiblər: “Sürətli oyun oldu. Rəqib ilk dəqiqlərdən pressinq tətbiq etdi. Kamran Ağayev bir neçə epizodda yaxşı oynayaraq, Azərbaycanın ən yaxşı qapıçısı olduğunu sübut etdi. Matçın əvvəllərində ötürmələrdə səhvlərə yol verdik. Mayın 4-də ölkə kubokunda AZAL-la vacib oyunumuz var, bu qarşılaşmaya hazırlaşmalıyıq”.

0
0